Qaynar xətt:

(+99450) 247 90 86

BƏƏ İsraildən gələnlərə  ölkəyə daxil olmasına icazə vermir

BƏƏ İsraildən gələnlərə  ölkəyə daxil olmasına icazə vermir

DÜNYA

257

11.08.2023, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Ərəb Əmirlikləri "Wizz Air" aviaşirkətinə məxsus təyyarədə olan 170-ə yaxın sərnişinin İsraildən ölkəyə daxil olmasına icazə verməyib.

Oxu24.com xəbər verir  ki,İsrail İctimai Yayım Təşkilatı KAN-ın xəbərinə görə, İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanından qalxan təxminən 170 sərnişini olan təyyarə günorta saatlarında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanına eniş edib.

 

Hava limanındakı səlahiyyətlilərin təyyarədən enən sərnişinləri bir tərəfdə saxladığı, Əbu-Dabiyə enən digər təyyarələrdəki sərnişinlərin isə giriş xətlərində onların qarşısına keçirildiyi bildirilib.

 

İsraildən gələn təyyarədəki sərnişinlərin BƏƏ-yə girə bilməməsinin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

 

Müəllif: Miri Məcidli