Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada siyasətçilərə qarşı hücumlar artıb

Almaniyada siyasətçilərə qarşı hücumlar artıb

DÜNYA

227

11.08.2023, 20:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada siyasətçilərə qarşı hücumlar 2023-cü ilin yanvar-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

Oxu24.com xəbər verir ki,Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) Partiyasının parlament sualına verdiyi cavaba görə, 2023-cü ilin birinci yarısında Bundestaqda təmsil olunan partiyaların nümayəndələrinə qarşı 739 hücum qeydə alınıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 392 olub.

2022-ci ilin birinci yarısında partiya binalarına qarşı 214 hücum təşkil edildiyi, 2023-cü ilin yanvar-iyun dövründə isə bu rəqəmin 281-ə yüksəldiyi bildirilib.

Bu hücumların əksəriyyətinin siyasətçilərə qarşı təhqir və təhdidlərdən ibarət olduğu qeyd edilib.

 

Müəllif: Nigar