Qaynar xətt:

(+99450) 247 90 86

Afrika İttifaqı Nigerlə bağlı qərarı dəstəkləyib

Afrika İttifaqı Nigerlə bağlı qərarı dəstəkləyib

DÜNYA

386

11.08.2023, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Afrika İttifaqı Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerlə bağlı qərarlarını dəstəkləyir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə  təşkilatın kommunikesində deyilir.

 

"AU Komissiyasının sədri Mousa Faki Mahamat ECOWAS-ın Nigerdəki konstitusiyaya zidd dəyişikliklərlə bağlı qərarlarına güclü dəstəyini ifadə edir",- deyə təşkilatın internet səhifəsində qeyd edilib.

Afrika Birliyi Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumun saxlanma şəraitinin pisləşməsindən də narahatdır.

Bir gün əvvəl ECOWAS sədri və Nigeriya Prezidenti Bola Tinubu sammit zamanı Nigerlə bağlı heç bir variantın, o cümlədən son çarə kimi güc tətbiqinin gündəmdən çıxarılmadığını bildirib. Sonra Kot-d'İvuar prezidenti Alassane Ouattara ECOWAS-ın Nigerə hərbi müdaxilənin erkən başlamasını dəstəklədiyini bildirib.

 

Müəllif: Miri Məcidli