Qaynar xətt:

(+99450) 247 90 86

Google Rusiya şirkətlərinin xidmətlərini kütləvi şəkildə bloklamağa başladı

Google Rusiya şirkətlərinin xidmətlərini kütləvi şəkildə bloklamağa başladı

DÜNYA

259

11.08.2023, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 10-na keçən gecə Amerikanın Google korporasiyası sanksiyalar altında olan Rusiya şirkətləri üçün Google Workspace korporativ xidmətlərini kütləvi şəkildə bloklamağa başlayıb,

 

Oxu24.com xəbər  verir  ki, bu  barədə  iki böyük İT şirkətindəki mənbələr Rusiya mətbuatına bildiriblər.


"Xidmətlərin bloklanmasından sonra şirkətin əməkdaşları korporativ poçta daxil ola bilmir, Google Sənədlər vasitəsilə elektron sənəd idarəetməsindən istifadə edə bilmir, demək olar ki, bütün vacib sənədlər və yazışmalar Google-un korporativ yaddaşında qalıb", - həmsöhbətlərdən biri şikayətlənib.

 

Mənbə bildirib ki, Amerika korporasiyasının poçt siyahısında bloklama “spam mesajları” ilə izah olunur. Onun sözlərinə görə, Google Rusiya bizneslərini bloklamaqda davam edəcək və bunu xəbərdarlıq etmədən edə bilər, “bu, şirkətlərin alternativ saytlara ehtiyat nüsxəsini çıxarmasına mane olacaq”.

 

Google-a yaxın mənbə iddia edir ki, Rusiyada mövcud Workspace xidmətlərinə girişdə dəyişikliklər “qəsdən təqdim edilməyib”. Amerika şirkətinin həllərinin Rusiya bazarında distribyutoru kimi çıxış edən Softline hələ də blokada artım görməyib.

 

Müəllif: Miri Məcidli