Qaynar xətt:

(+99450) 247 90 86

Küveytdə “Barbie” filminin nümayişinə qadağa qoyulub

Küveytdə “Barbie” filminin nümayişinə qadağa qoyulub

DÜNYA

253

10.08.2023, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bildirilib ki, Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

 

Oxu24.com xəbər verir ki,Küveyt İnformasiya Nazirliyinin Mətbuat və Yayım Müşavirinin müavini və Kino Filmlərə Nəzarət Komitəsinin sədri Lafi əs-Sabii Barbie və Talk to Me filmlərinin nümayiş olunmayacağını bildirib.

 

Komitənin ictimai əxlaqı və ictimai ənənələri qorumaq səyləri çərçivəsində sözügedən filmlərin nümayişinə qadağa qoyulduğuna işarə edən Sabii sözlərini belə davam etdirdi:

 

"Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu, məzmunlu istənilən filmə aiddir. bu, xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”.

 

Livan həmçinin Barbie filminin "əxlaqi və dini" dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqladı.

 

Müəllif: Nigar