Qaynar xətt:

(+99450) 247 90 86

Silahlılar Livanın müdafiə nazirinin  kortejə atəş açıb

Silahlılar Livanın müdafiə nazirinin  kortejə atəş açıb

DÜNYA

243

10.08.2023, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Silahlılar Livanın müdafiə naziri Mauris Slimin olduğu kortejə atəş açıb

 

Oxu24.com xəbər verir  ki,Beyrutun Cisr əl-Başa məhəlləsində silahlılar Livanın müdafiə naziri Maurice Slimin olduğu kortejə atəş açıb.

 

MTV-nin məlumatına görə, sui-qəsd zamanı nazir xəsarət almayıb.

 

"Mən yaxşıyam, sağ-salamatyam. Güllələr arxa pəncərəyə dəyib", - Moris Slim deyib.


Yerli medianın yaydığı fotoda avtomobilin yan şüşəsindəki güllə dəliklərinin izləri görünür.


Bundan əvvəl Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun güllələndiyini yazmışdı. O, Quitoda seçki iclasından sonra başına üç güllə ilə öldürülüb. 6 şübhəli saxlanılıb. Ekvadorda Villavisensionun öldürülməsindən sonra 60 günlük fövqəladə vəziyyət elan edilib. 

 

Müəllif: Miri Məcidli