Qaynar xətt:

(+99450) 247 90 86

Polşa hərbçiləri Belarusla sərhəddə  raketdən qoruyucunu itiriblər

Polşa hərbçiləri Belarusla sərhəddə  raketdən qoruyucunu itiriblər

DÜNYA

224

10.08.2023, 15:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarusla sərhəddə vertolyotla patrul edən Polşa hərbçiləri raketdən qoruyucunu itiriblər.

 

Oxu24.com xəbər verir ki,bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığının press-relizində deyilir.

 

“Avqustun 8-də döyüş tapşırıqları yerinə yetirildikdən sonra sərhəd zonasında patrul xidməti həyata keçirən helikopterlərdən birinə baxış keçirilərkən raketlərdən birində qoruyucu olmadığı aşkar edilib”, - məlumatda deyilir.

 

Hazırda xüsusi avadanlıq vasitəsilə cihazda axtarış aparılır. Polşa ordusunun komandanlığı qoruyucunun daxili qoruma ilə təchiz olunduğunu və təhlükəsiz olduğunu əmin edir.

 

Varşava nümayəndələri hərbi əməliyyatlar zamanı belə halların nadir olmadığını vurğulayıblar.

 

Bundan əvvəl Varşavanın Belarusla sərhədə 10 min əsgər yerləşdirəcəyi bildirilirdi.

 

Müəllif: Miri Məcidli