Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93616
az

Siciliya sahillərində 3 sualtı vulkan aşkar edilib

21:1809 Avqust, 2023
76
DÜNYA
  • A

İtaliyanın Siciliya bölgəsinin cənub-qərb sahillərində aktivliyi hələ müəyyən edilməyən üç sualtı vulkan tapılıb.

Oxu24.com xəbər verir ki,ABŞ, İngiltərə, Almaniya, Yeni Zelandiya və Maltanın müxtəlif universitetlərinin tədqiqatçıları Siciliyanın cənub-qərb sahillərində dəniz dibini tədqiq ediblər.

Ətrafdakı dəniz dibindən 150 metr yüksəklikdə aşkar edilən 3 vulkanın ən azı 6 kilometr enində olduğu müəyyən edilib.

Sözügedən vulkanların 2019-cu ildə İtaliya Milli Okeanoqrafiya və Tətbiqi Geofizika İnstitutu (OGS) tərəfindən kəşf edilən vulkanlar seriyasının bir hissəsi olduğu müəyyən edilib.

OGS qrupları iyulun 16-dan avqustun 5-dək bölgədə apardıqları işlər zamanı vulkanik daş nümunələri toplayıb.

Tədqiqatçı Dario Civile üç vulkanın kəşfini "Aralıq dənizinin dibi ilə bağlı mühüm kəşf" kimi qiymətləndirib.

Bölgədə hidrotermal fəaliyyətlər təsbit etdiklərini, lakin vulkanların aktiv olub-olmadığını müəyyən etmək üçün hələ tez olduğunu ifadə edən Sivil, qrupların əvvəlcə toplanan vulkanik daş nümunələrini araşdırmalı və bu çərçivədə seysmik profillər etməli olduqlarını bildiriblər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç Sevpotokla bağlı beynəlxalq araşdırmanın “heç nə verməyəcəyini” açıqlayıb
Müdafiə nazirinin müavini İrana səfər edib
Rusiya Makrona cavab verdi

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi