Qaynar xətt:

(+99450) 247 90 86

İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib

DÜNYA

306

09.08.2023, 20:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda 5 kişi 2022-ci ildə ölkənin şimal-qərbində bir qadına qrup şəklində təcavüz etməkdə təqsirli bilinərək edam edilib. Ölüm hökmü avqustun 9-da icra olunub.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Al Alarabiya” telekanalı məlumat yayıb.

 

“2022-ci ilin may ayında Mərənd şəhərində bir qadını qaçıraraq zorlayan beş kişi bu gün (çərşənbə günü) edam edilib”, – Mərənd şəhərinin prokuroru Ziya Mehra telekanala  bildirib.

Həmin şəxslərin cinayətdən 4 gün sonra həbs edildiyi məlum olub. Onların hamısı günahını etiraf edib. Onların başqa cinayətlərdə də əli olub, lakin İran məhkəmə sisteminin nümayəndələri hansı cinayətlərin törədildiyini qeyd etməyiblər.

İran da keçən ay qadınları zorlamaqda təqsirli bilinən üç kişini edam edib.

Amnesty İnternational insan haqları təşkilatı İranda Çindən başqa digər ölkələrdən daha çox insanın edam edildiyini bildirir. Ötən il ən azı 582 nəfər asılaraq edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

 

Müəllif: Miri Məcidli