Qaynar xətt:

(+99450) 247 90 86

20 il əvvəl Şimali Qafqazda hərbçilərə hücum edənlər saxlanılıb

20 il əvvəl Şimali Qafqazda hərbçilərə hücum edənlər saxlanılıb

DÜNYA

221

09.08.2023, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hüquq-mühafizə orqanları 1999 və 2000-ci illərdə Şimali Qafqazda Rusiya hərbçilərinə qarşı hücumların iştirakçılarını saxlayıblar.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə QSC-yə məlumat verilib.


"Hüquq-mühafizə orqanları 20 ildən çox əvvəl Şimali Qafqazda Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirmiş quldur dəstələrinin və qanunsuz silahlı birləşmələrin üzvlərinin müəyyənləşdirilməsini davam etdirir", - departament qeyd edib.

Artıq Rostov-na-Donuda iki hücumçuya hökm oxunması üçün ilk iclas  keçirilib.

Onlardan biri Tahir Begeldiyev 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin hərbçilərinə hücum edən dəstənin üzvü olub. Kütləvi atəş nəticəsində 15 əsgər həlak olub, daha 28 əsgər yaralanıb.

 

Müəllif: Miri Məcidli