Qaynar xətt:

(+99450) 247 90 86

Belqorod vuruldu:Ölən və yaralılar var

Belqorod vuruldu:Ölən və yaralılar var

DÜNYA

294

09.08.2023, 19:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları Qrayvoron şəhər rayonunun Qorki kəndini atəşə tutub.

 

Oxu24.com xəbər  verir  ki, Rayon rəhbərinin sözlərinə görə, 5 mərmi kəndin düz mərkəzində, məktəbin yanında partlayıb.

 

Atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

"Ən dəhşətlisi baş verdi: bir nəfər öldü - kişinin həyatı ilə bir araya sığmayan qəlpə yaraları var idi. Daha 4 nəfər yaralanıb: üç kişinin aşağı ətraflarından qəlpə yaraları, bir qadının kontuziyası var idi", - Qladkov Telegram kanalında yazıb.

Yaralılar xəstəxanaya çatdırılır.

 

Müəllif: Miri Məcidli