Qaynar xətt:

(+99450) 247 90 86

Serbiya prezidenti Ukraynanı hədələdi

Serbiya prezidenti Ukraynanı hədələdi

DÜNYA

266

09.08.2023, 18:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynanın Kosovonu tanıması perspektivlərinə kəskin reaksiya verib.

 

Oxu24.com xəbər verir ki,bu barədə RTRS telekanalı Vuçiçin sözlərinə istinadən yazır.


Bu, ukraynalı deputat Aleksandr Merejkonun da imzaladığı Belqrad və Priştina ilə bağlı siyasətlərinə yenidən baxmaq çağırışı ilə Qərb dövlətlərinin hökumətlərinə müraciətlə bağlıdır.

 

“Ukrayna bizim üçün dost ölkədir. Məncə, Zelenski Merejkodan daha ağıllıdır. Çünki təsəvvür edin: Ukrayna Kosovonun müstəqilliyini tanısa, bir gündə hər şeyini itirəcək”, - deyən Vuçiç hər zaman “libertar yanaşmanı” və Serbiyanın öz qərarlarını vermək hüququnu müdafiə edəcəyini bildirib.

 

Parlamentin xarici işlər üzrə on komitəsinin rəhbərləri və müxtəlif parlamentlərdən olan əllidən çox deputatın imzaladığı məktubda Serbiyaya təzyiqlərin artırılması, onunla Kosovo arasında tarazlıq yaratmaq cəhdlərindən uzaqlaşma tələb olunur.

 

Ukrayna Kosovonun müstəqilliyini rəsmən tanımır.

 

Müəllif: Miri Məcidli