Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərir

Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərir

DÜNYA

260

07.08.2023, 20:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşa Belarusla sərhədə əlavə 1000 hərbçi göndərməyi planlaşdırır
 

Oxu24.com xəbər verir  ki,Polşanın PAP xəbər agentliyinin məlumatına görə, bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər Polşa-Belarus sərhədində baş verib.

 

Bu gün keçirdiyi mətbuat konfransında Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib.

 

Qeyri-qanuni immiqrasiya ilə mübarizənin bütün prosesinin Belarus Sərhəd Mühafizəsi tərəfindən təşkil edildiyini bildirən Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını qeyd edib.

 

Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı bəyanatlarını gücləndirib. Xüsusən də Rusiyanın özəl mühafizə şirkəti Wagner-in Belarusda yerləşdirilməsindən sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən bu addımlar sərtləşdirilir.

 

Müəllif: Miri Məcidli