Qaynar xətt:

(+99450) 247 90 86

Reuters: Zelenski korrupsiyaya görə yeni kadr təmizləmələrini açıqladı

Reuters: Zelenski korrupsiyaya görə yeni kadr təmizləmələrini açıqladı

DÜNYA

205

06.08.2023, 15:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 7-dən 13-dək Ukraynada korrupsiyaya qarşı mübarizə ilə bağlı kadr təmizləmələrinin aparılacağını açıqlayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Reuters” yazır.

 

"Gələn həftə biz köhnə vərdişlərinə və Ukraynanı onilliklər ərzində zəiflədən sxemlərinə bağlı olanlardan qurtulmağa davam edəcəyik", - Kiyev rejiminin rəhbəri bildirib.

 

Eyni zamanda, nəşr qeyd edir ki, dəbdəbəli təmizləmələrin əsl məqsədi ABŞ və Avropa İttifaqını heyrətləndirməkdir.

 

Bir neçə gün əvvəl Zelenski hərbi komissarlıqlardakı "böyük miqyaslı sui-istifadələrdən" təəssüflənərək işçilərini "qiyməti deyil, Ukraynanı qorumağın dəyərini dərk edən" insanlarla əvəzləyəcəyini vəd edib.

 

Müəllif: Miri Məcidli