Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya qazaxıstanlıları müharibəyə cəlb etməyə çalışır

Rusiya qazaxıstanlıları müharibəyə cəlb etməyə çalışır

DÜNYA

286

03.08.2023, 22:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan saytlarında Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşməyə çağıran elanlar yer almağa başlayıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə “Reuters” məlumat yayıb.

 

“Aydındır ki, qazaxıstanlılara yönəlib, reklamlarda Rusiya və Qazaxıstan bayraqları, həmçinin “Çiyin-çiyinə” şüarı əks olunub. Onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara 495 min rubl birdəfəlik ödəniş vəd edirlər”, - məqalədə deyilir.

 

Bundan əlavə, Qazaxıstan vətəndaşlarına 190 min rubl və daha çox əmək haqqı və əlavə güzəştlər təklif olunur.

 

Qeyd olunur ki, qazaxıstanlılara Saxalin vilayətində Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) sıralarına qoşulmaq təklif olunur.

 

Nəşr həmçinin Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə əlaqə saxladıqlarını bildirib. Lakin onlar reklamın yerləşdirilməsi ilə bağlı şərh verməkdən imtina ediblər.

 

Müəllif: Miri Məcidli