Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Ukrayna ilə bağlı tərəddüd edir

Almaniya Ukrayna ilə bağlı tərəddüd edir

DÜNYA

327

03.08.2023, 20:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya Ukraynaya uzaqmənzilli raketlər vermək istəmir.

 

Oxu24.com xəbər verir  ki,Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin təhvil verilməsi Almaniya üçün prioritet deyil, çünki buna “ehtiyac yoxdur”.


O qeyd edib ki, “Taurus” raketləri xüsusi uçuş məsafəsinə malikdir (500 kilometrə qədər), ona görə də “qorxular göz qabağındadır”.

 

Pistorius onu da xatırladıb ki, Amerika Birləşmiş Ştatları Ukrayna ordusunu qanadlı raketlərlə təmin etmək barədə hələ qərar verməyib.

 

Onun sözlərinə görə, Almaniya hava hücumundan müdafiə, mühəndis və zirehli texnikanın Ukraynaya verilməsində, eləcə də təlimlərin keçirilməsində “liderdir”.

 

"Bu, bizim bir nömrəli prioritetimiz, əsas səlahiyyətimizdir", - Almaniya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.

 

Pistorius bildirib ki, bu səbəbdən uzaq mənzilli raketlərin tədarükünə “təcili ehtiyac görmür”.

 

Müəlif: Nigar