Türkiyədə bir qadın veterinarın onun pişiyini qəsdən öldürdüyü iddia edərək, baytarlıq klinikasına hücum edib.
OXU24.COM bildirir ki, qadının "Viktoriya" adlı pişiyi həkimin müayinəsindən 4 gün sonra ölüb. Bundan hiddətlənən qadın 4 nəfər rəfiqəsi ilə klinikaya basqın edib. Baytarı əvvəl şillələyib, daha sonra saçını yolaraq başına zərbələr endirib. Bununla kifayətlənməyən qadın klinikadakı əşyalara da zərər yetirib. Mühafizə işçiləri qadını güclə sakitləşdirməyi bacarıblar. Ifadəsi alınan qadın sərbəst buraxılıb.
Veterinar isə qadının azad buraxılmasına etiraz edərək, bunları deyib: "İlk dəfədir belə bir hücuma məruz qalıram deyə, hələ də şok içərisindəyəm. Insanlarla işləmək heyvanlarla işləməkdən daha çətindir. Küçədə insnaları döyənlər əllərini qollarını sallayıb rahat gəzməməlidirlər.Heyvanlarla çox yaxşı davrandığıma baxmayaaq belə zorakılığa məruz qalmaq çox ədalətsizdir. O, qadının cəzalandırılmasını tələb edirəm.
Həmin görüntüləri təqdim edirik:
ŞƏRHLƏR