Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə meşəyə düşdü: Ölənlər var

Təyyarə meşəyə düşdü: Ölənlər var

DÜNYA

285

02.08.2023, 14:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Filippində baş verən təyyarə qəzasında ölən 2 nəfərin cəsədinin tapılması istiqamətində işlər davam edir.

 

 

Oxu24.com xəbər verir  ki,Filippinin dağlıq Apayao bölgəsində qəzaya uğrayan və içərisində 2 nəfərin olduğu "Cessna 152" model təlim təyyarəsinin yerini müəyyənləşdirən səlahiyyətlilər cəsədlərə çatmağa çalışır.

 

Apayaoda qəzaya uğrayan təlim təyyarəsində olan 2 nəfərin öldüyünü bildirən səlahiyyətlilər, təyyarənin qalıqlarının Filippin Hərbi Hava Qüvvələri tərəfindən müəyyən edildiyini, lakin hələ də cəsədlərə çatılmadığını qeyd edib.

 

Apayao Fəlakət və Risklərin İdarə Edilməsi Administrasiyasının rəhbəri Coffri Borromeo təyyarənin qalıqlarının Luna şəhəri yaxınlığında tapıldığını açıqlayıb.

 

Bildirilib ki, qəzaya uğrayan təyyarədə uçuş təlimatçısı Edzel Con Lumbao Tabuzo və hindistanlı tələbə Anshum Rajkumar Konde olub.

 

Dünən "Cessna 152" model trenerinin yoxa çıxdığı bildirilir.

 

Müəllif: Aynurə Məcidova