Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93259
az

İran mübahisəli adalarda hərbi təlimə başlayıb

10:2302 Avqust, 2023
109
DÜNYA
  • A
İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Donanması Əbu Musa və daha 3 adada təlimlərə başlayıb. Oxu24.com xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, təlim keçirməkdə məqsəd İrana aid olduğu iddia edilən adaların etibarlı müdafiəsini təşkil etməkdir. Məlumata görə, təlimləri Sepahın komandanı, general-mayor Hüseyn Salami, Qvardiyanın Hərbi Dəniz Donanmasının komandanı, admiral Əlirza Tanqsiri İran Silahlı Qüvvələrinin müxtəlif vəzifəli və rütbəli komandirləri, eləcə də hakimiyyətin yerli nümayəndələri izləyəcək. İnformasiyaya əsasən, “Sərdar şəhid İshak Dara” adlı hərbi tədbirdə İranın müxtəlif texnikası da sınaqdan keçiriləcək. Qeyd edək ki, təlimlər körfəzdəki Əbu Musa, Kiçik Tomb, Böyük Tomb və Nazaat adalarında keçirilir. Bu quru ərazilərin hər biri körfəzdə yerləşir. İran onları Hörmüzqan əyalətinə daxil edib. İlk 3 ada İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli ərazi sayılır. Son zamanlar həmin ərazilərlə bağlı Tehranın tərəfdaşları sayılan Rusiya və Çin əraziyə dair yaranan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllini bildirirlər. Onların bu açıqlaması isə rəsmi Tehranı qane etməyib. Buna görə hər iki ölkənin səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Mütəxəssislərin qənaətincə, İran hakimiyyəti mübahisəli sayılan adalarda hərbi təlimlər keçirməklə adaların ona məxsus olduğunu nümayiş etdirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Türkiyənin İsraillə bağlı qərarından razı qalıb
38 yaşlı qadınla 18 yaşlı gəncin eşqi - VİDEO - FOTO
Rusiya Çasov Yarda on minlərlə qoşun toplayıb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü