Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ: Vaqnerin hücumu Rusiyanın hücumu ilə eyniləşdiriləcək

ABŞ: Vaqnerin hücumu Rusiyanın hücumu ilə eyniləşdiriləcək

DÜNYA

292

01.08.2023, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın “Vaqner” qrupunun NATO-ya hər hansı hücumunun Rusiya tərəfindən hücum kimi qiymətləndiriləcəyini bildirib.


Oxu24.com xəbər verir  ki,Linda Thomas-Greenfield, mətbuat brifinqi zamanı muzdluların Polşaya qarşı mümkün hərəkətləri ilə bağlı narahatlıqla bağlı suala "PMC Wagner-in istənilən hücumu Rusiya hökumətinin hücumu kimi qiymətləndiriləcək" deyib.

 

Onun sözlərinə görə, Wagner PMC muzdluları bütün Qərb üçün təhlükə yaradır.

Linda Tomas-Qrinfild həmçinin qeyd edib ki, Afrika qitəsində muzdluların hərəkətlərini görən Birləşmiş Ştatlar silahlıların Rusiya hökuməti adından nə edə biləcəyindən “əlbəttə narahatdır”.

 

Xatırladaq ki, Aleksandr Lukaşenko iyulun 23-də Rusiyaya səfəri zamanı bildirmişdi ki, Vaqner PMC-nin döyüşçüləri Polşaya getməyi xahiş edirlər.

Onun sözlərinə görə, “Vaqneritlər”in sıralarında “pis əhval-ruhiyyə” çoxdandır. Eyni zamanda, Lukaşenkonun özü, qeyd etdiyi kimi, belə bir təşəbbüsün əleyhinədir.

 

Lukaşenkonun bəyanatından sonra Polşa hərbi rəhbərliyi Vaqner PMC-dən gələn təhlükəyə qarşı xüsusi bölmə yaratmaq qərarına gəlib. O cümlədən, Suvalki dəhlizinin yaxınlığında yeni hərbi mühəndis batalyonu yerləşdiriləcək.

 

Müəllif: Miri Məcidli