Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə fabrik yanır

Türkiyədə fabrik yanır

DÜNYA

378

01.08.2023, 19:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə fabrik yanır.


Bursada iplik fabrikində yanğın olub

 

Oxu24.com xəbər verir  ki,İnegöl Mütəşəkkil Sənaye Bölgəsindəki obyektdə naməlum səbəbdən yanğın baş verib.

 

Küləyin təsiri ilə ətrafa yayılan yanğın ətrafdakı iplik və meşə məhsulları fabriklərini bürüyüb.

 

Xəbərdarlıq üzərinə İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib.

 

Zavodda heç kim olmayıb.

 

Bursa valisi Yakup Canbolat, yanğın xəbərdarlığının ardından bölgəyə gedən çox sayda qrupların alovlara müdaxilə etməyə davam etdiyini bildirib.

 

Alovların getdikcə artdığını deyən Canbolat, hazırda fabriklərdə heç kimin olmadığının qiymətləndirildiyini bildirib.

 

Fabriklərdən yüksələn tüstünün mahalın bir çox nöqtəsindən göründüyü bölgədə qrupların müdaxiləsi zamanı zaman zaman partlayışlar meydana gəlir.

 

Bu arada ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.

 

Müəllif:Aynurə Məcidova