Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi komissarlığı yandıran qadınlar tutuldu

Hərbi komissarlığı yandıran qadınlar tutuldu

DÜNYA

379

01.08.2023, 13:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada hərbi komissarlığı yandıran şəxslər tutulub.

 

Çelyabinsk vilayətində polis iki qadını hərbi komissarlıqları yandırdıqlarına görə saxlayıb, yaxın vaxtlarda onlar barəsində həbs-qətimkan tədbiri seçiləcək.

 

Oxu24.com xəbər  verir   ki,bu barədə SHOT telegram kanalı məlumat yayıb.

 

Saxlanılanlardan biri, Çelyabinsk Metal Emalı Zavodunun 54 yaşlı mühəndisi gecə saatlarında Kopeysk şəhərinin Temnika küçəsində yerləşən Komissarlığa gələrək binaya “Molotov kokteyli” atıb. Bir dəqiqə sonra polis onu saxlayıb. Yanğın cəmi 1 kvadratmetr ərazini əhatə edib, heç bir ziyan dəyməyib.

Həmçinin  Verxneuralskın Sovetskaya küçəsində 38 yaşlı yanacaqdoldurma məntəqəsinin operatoru səhər saat üçdə hərbi komissarlığın divarına maye dolu şüşə atıb  və yalnız bir kvadrat ərazi   yanıb. Yanğın törədən şəxs cinayət başında yaxalanıb.


Həmçinin bildirilib ki, Sankt-Peterburqda naməlum şəxs hərbi komissarlığın giriş qapısına azı iki “Molotov kokteyli” atıb və avtomobillə qonşuluqdakı darvazanı döyməyə cəhd edib.

 

Müəllif: Miri Məcidli