Türkiyə İran təyyarəsini müsadirə etdi
29 Sentyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
415
24.07.2023, 18:41
Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, BMT Təlükəsizlik Şurasında islahatlara ehtiyac var. Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu, Moskvanın Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını dəstəklədiyini vurğulayıb.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
"Sergey Lavrov Təhlükəsizlik Şurasının 15 üzvündən 6-nın Avropaya məxsus olmasını ədalətsizlik kimi qiymətləndirib. BMT Baş katibi Quterriş də ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasıyla bağlı imkanların öyrənildiyini bildirib.
Kremlin istəyi aydındır. Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir, digər üzvlər - ABŞ, Fransa və Böyük Britaniya isə Kremlə qarşı sərt mövqedən çıxış edirlər. Moskva Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasının üzvlüyünə dəstək verir. Halbuki Türkiyə də Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdır. Moskva Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Rusiyanın Türkiyənin BMT TŞ daimi üzvlüyünə dəstəyi barədə məlumat yoxdur. Təhlükəsizlik Şurasının üzvlüyünə böyük iqtisadi potensialları olan Almaniya və Yaponiya da iddialıdır. Ancaq Kreml bu iki dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına imkan verməyəcək. Çünki həm Almaniya, həm də Yaponiya ABŞ-ın müttəfiqləridir və BMT-dəki müzakirələrdə və səsvermələrdə Vaşinqtonun mövqeyini dəstəkləyəcəklər", - Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Pekin də BMT Təhlükəsizlik Şurasının sayının artırılmasının əleyhinə deyil:
"Ancaq Pekun yeni üzvlərin konsensus əsasında müəyyənləşməsini istəyir. Bu o deməkdir ki, Pekin Moskvadan fərqli olaraq Hindistanın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə razı deyil. Halbuki Hindistan əhalinin sayına görə dünyada lider ölkədir. Pekin ancaq o ölkələrin Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyəcək ki, onlar birincisi, ABŞ müttəfiqləri deyillər, ikincisi də Çinin xarici və təhlükəsizlik siyasətini tənqid etmirlər. Misal üçün Çin Brazliyanın və ya Misirin Təhlükəsizlik Şurasının üzvlüyünə etiraz etməz. Ancaq Pekin Moskva kimi Yaponiyanın da üzvlüyünə dəstək verməyəcək. Pekin Türkiyənin də üzvlüyünə müsbət yanaşmaz. Çünki Çində uyğurların üzləşdikləri problemlər Türkiyə cəmiyyətinin narahatlığına səbəb olub".
14:21 / 29 Sentyabr 2026
42
14:15 / 29 Sentyabr 2026
42
14:08 / 29 Sentyabr 2026
46
14:00 / 29 Sentyabr 2026
47
13:58 / 29 Sentyabr 2026
47
13:45 / 29 Sentyabr 2026
134
13:40 / 29 Sentyabr 2026
54
13:36 / 29 Sentyabr 2026
46
13:25 / 29 Sentyabr 2026
200
13:24 / 29 Sentyabr 2026
127
13:22 / 29 Sentyabr 2026
96
13:18 / 29 Sentyabr 2026
59
13:10 / 29 Sentyabr 2026
49
13:04 / 29 Sentyabr 2026
201
12:52 / 29 Sentyabr 2026
77
12:48 / 29 Sentyabr 2026
119
12:42 / 29 Sentyabr 2026
73
12:35 / 29 Sentyabr 2026
57
12:29 / 29 Sentyabr 2026
62
12:23 / 29 Sentyabr 2026
56
12:17 / 29 Sentyabr 2026
154
12:14 / 29 Sentyabr 2026
473
12:10 / 29 Sentyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.