Qaynar xətt:

(+99450) 247 90 86

Əfqanıstan və Pakistanda daşqınlar: onlarla insan həlak olub

Əfqanıstan və Pakistanda daşqınlar: onlarla insan həlak olub

DÜNYA

339

24.07.2023, 15:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanda leysan yağışların törətdiyi daşqınlar 31 nəfərin, Pakistanda isə torpaq sürüşməsi nəticəsində ən azı 13 nəfərin həyatına son qoyub.

 

Oxu24.com xəbər verir ki,Bu barədə Aljazeera məlumat yayıb.

 

Əfqanıstanın Fövqəladə Hallar Nazirliyinin Taliban tərəfindən təyin edilmiş sözçüsü Şəfiullah Rəhimi bazar günü bildirib ki, son üç gündə daşqınlar nəticəsində azı 31 nəfər ölüb, 74 nəfər yaralanıb, daha 41 nəfər itkin düşüb.

 

Daşqın Əfqanıstanda baş verən ən son təbii fəlakət idi. Aprel ayında Birləşmiş Millətlər Təşkilatının humanitar agentliyi Cənubi Asiya ölkəsinin üçüncü ildir quraqlıq, ikinci ili ağır iqtisadi çətinliklər və onilliklər boyu davam edən müharibə və təbii fəlakətlərin nəticələri ilə üz-üzə qaldığını bildirib.

 

Tərcümə: Nigar