İsrail polisi ölkə tarixində ən böyük və ən uzun sürən etirazlara səbəb olan məhkəmə islahatları ilə bağlı səsvermə ərəfəsində Qüdsdə parlament binasına su şırnaqları çəkib.
Oxu24.com BBC-yə istinadən xəbər verir ki, artıq bir neçə etirazçı həbs edilib.
Bütün gecəni hakim koalisiya və müxalifət nümayəndələri ilə danışıqlarda keçirən prezident Yitzhak Hersoq İsrailin fövqəladə vəziyyətdə olduğunu bildirib.
Bir gün əvvəl ürəyindən əməliyyat olunan İsrailin baş naziri Binyamin Netanyahu buna baxmayaraq, bəzi məlumatlara görə, kardiostimulyatorla Knessetin binasına gəlib.
Təklif olunan məhkəmə islahatının məqsədi İsraildə Konstitusiyanın olmaması səbəbindən icra və qanunvericilik səlahiyyətlərini yoxlamaq kimi çıxış edən Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmaqdır.
Təklif edilən düzəlişlər o demək idi ki, Ali Məhkəmənin istənilən vetosuna parlamentin 61 səs çoxluğu ilə ləğv edilə bilər.
Başqa sözlə, Knessetdə əksər mandatlara sahib olan hakim koalisiya həmişə məhkəmənin qadağalarından yan keçərək istənilən qanunu sərbəst şəkildə qəbul edə və ya ləğv edə bilərdi.
Bu ilin fevral-aprel aylarında milyonlarla israilli hökumətin təklif etdiyi məhkəmə islahatlarına etiraz etmək üçün küçələrə çıxıb. Onlar əmindirlər ki, hakimiyyət nəzarət və tarazlıq sistemini pozmağa və ölkəni diktaturaya çevirməyə çalışır.
İslahatın tərəfdarları hesab edirlər ki, son illər mütləq hakimiyyət Ali Məhkəmənin əlində cəmləşib və xalqın seçdiyi hökumət daim hakimlərin müqavimətini dəf etməyə məcbur olduğundan səmərəli işləyə bilmir.
İyunun 29-da Benyamin Netanyahu Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibə verib və bu müsahibədə gözlənilmədən məhkəmə islahatları ilə bağlı mübahisəli bəndin bir sıra digər dəyişiklikləri ehtiva edən qanun layihəsinin yekun variantından çıxarılacağını bildirib. Bu, onun koalisiya hökuməti sıralarında qəzəb fırtınasına səbəb oldu. Koalisiya tərəfdaşları Netanyahunun əvvəllər razılaşdırılmış planlardan gözlənilmədən imtina etməsini xəyanət adlandırıb və son bir ay ərzində ona təzyiq göstərirlər.
Knesset binası qarşısında toplaşan etirazçılar bugünkü səsvermənin necə keçəcəyini, o, sonda kimə - islahat əleyhdarlarına və ya hökumətinin taleyinin asılı olduğu partiyalara təslim olmaq qərarına gələcəyini bilmirlər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR