Türkiyə İran təyyarəsini müsadirə etdi
29 Sentyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
378
22.07.2023, 22:56
Danimarka Qurani-Kərimin yandırılmasını pislədiyini bəyan edib.
Oxu24.com xəbər verir ki,"Danimarkada din azadlığı var və bir çox Danimarka vətəndaşı müsəlmandır. Onlar Danimarka əhalisinin dəyərli bir hissəsidir", - bəyanatda deyilir.
Qurani-Kərimin yandırılmasının bir çox insanı incidən, müxtəlif dinlər və mədəniyyətlər arasında ayrı-seçkiliyə səbəb olan təxribatçı bir hərəkət olduğuna diqqət çəkən açıqlamada, "Danimarkada din azadlığı var və bir çox Danimarka vətəndaşı müsəlmandır. Onlar Danimarka əhalisinin dəyərli bir hissəsidir" ifadəsi işlədilib.
Bəyanatda Danimarkanın ifadə və sərbəst toplaşma azadlığına hörmət edilməli olduğu vurğulanıb, etiraz hüququna dəstək verildiyi, lakin bunun dinc şəkildə davam etdirilməsi qeyd edilib.
Danimarkada İslam əleyhdarı və ifrat millətçi olan “Danske Patrioter (Danimarka Patriotları)” adlı marjinal qruplaşma üzvləri dünən İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.
İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.
Danske Patrioter adlı marjinal qrup daha əvvəl Kopenhagendəki Türkiyənin səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.
Danimarkanın ifrat sağçı Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan yanvarın 27-də Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında və Kopenhagendəki məscidin yaxınlığında Qurani-Kərimi yandırıb.
İzdihamlı polisin mühafizəsi altında keçirilən aksiyalarda heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.
Paludanın təxribatına Türkiyə Cümhuriyyəti səlahiyyətlilərindən reaksiyalar gəlib. İstanbul 2 saylı Vəkillər Kollegiyası aprelin 18-də Paludan barəsində Kopenhagen polisinə cinayət işi qaldırıb.
Tərcümə:Nigar
14:56 / 29 Sentyabr 2026
1
14:40 / 29 Sentyabr 2026
26
14:21 / 29 Sentyabr 2026
64
14:15 / 29 Sentyabr 2026
54
14:08 / 29 Sentyabr 2026
59
14:00 / 29 Sentyabr 2026
51
13:58 / 29 Sentyabr 2026
51
13:45 / 29 Sentyabr 2026
153
13:40 / 29 Sentyabr 2026
54
13:36 / 29 Sentyabr 2026
47
13:25 / 29 Sentyabr 2026
223
13:24 / 29 Sentyabr 2026
159
13:22 / 29 Sentyabr 2026
112
13:18 / 29 Sentyabr 2026
60
13:10 / 29 Sentyabr 2026
50
13:04 / 29 Sentyabr 2026
216
12:52 / 29 Sentyabr 2026
81
12:48 / 29 Sentyabr 2026
121
12:42 / 29 Sentyabr 2026
73
12:35 / 29 Sentyabr 2026
59
12:29 / 29 Sentyabr 2026
62
12:23 / 29 Sentyabr 2026
56
12:17 / 29 Sentyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.