Qaynar xətt:

(+99450) 247 90 86

İsveçdə Qurani-Kərimə edilən hücuma İngiltərənin reaksiyası

İsveçdə Qurani-Kərimə edilən hücuma İngiltərənin reaksiyası

DÜNYA

388

21.07.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniya Xarici İşlər Nazirliyi dinə və ya əqidəyə əsaslanan nifrəti pisləyib və bəyan edib ki, İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması və təhqir olunması dünya müsəlmanları üçün son dərəcə təhqiramiz və tamamilə yersizdir.

 

Oxu24.com xəbər verir ki,İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi yazılı açıqlamada, Stokholmda Qurani-Kərimin yandırılması və Qurana hörmətsizlik edilməsinin son dərəcə təhqiramiz və dünya müsəlmanları üçün tamamilə uyğun olmadığını bildirib.

 

Din və əqidəyə əsaslanan nifrəti qınadıqlarını ifadə edən Sözcü, "Hər kəs üçün din və ya inanc azadlığını müdafiə edəcək və qarşılıqlı hörməti təşviq edəcəyik. Qurani-Kərimin yandırılması səbəbiylə dünya müsəlmanlarının yaşadıqları dərin ağrının fərqindəyik" deyib.

 

İsveçdə yaşayan iraq əsilli Salvan Momika dünən Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb.

 

Bunun üzərinə Bağdad rəhbərliyi İsveçin Bağdaddakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.


Türkiyə Xarici İşlər Nazirliyi İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi hədəf alan hücumu ən sərt şəkildə pisləyib.

 

İraq əsilli Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin himayəsi altında Quranı yandırıb.

 

Başda Türkiyə olmaqla İslam ölkələri ilə yanaşı, bəzi dövlətlər, o cümlədən Rusiya hadisəyə reaksiya verib.

 

Tərcümə: Nigar