Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada 500 kiloluq tarixi zəng oğurlanıb

Almaniyada 500 kiloluq tarixi zəng oğurlanıb

DÜNYA

274

21.07.2023, 21:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada Yevangelist Kilsəsində 500 kiloqram ağırlığında tarixi zəng oğurlanıb.
 

 

Oxu24.com yerli mediaya istinadən xəbər verir  ki,zəngi kimin hansı məqsədlə çaldığı hələ məlum olmasa da, zəngin iyulun 17-də oğurlandığı məlumdur.

 

İkinci Dünya Müharibəsi zamanı zədələnmiş kilsə bacısı Anne-Katrin Finkenin dediyinə görə, zəng o vaxtdan bəri Romain-Rolland-Ştrasse küçəsindəki kilsənin həyətində qorunurmuş.

 

"Zəng İkinci Dünya Müharibəsində zədələnmişdi, 50 ildir ki, Romain-Rolland-Ştrassedəki kilsənin qarşısında dayanır. Bu, bizim üçün çox ağrılı itkidir", - Finke bacı deyib.

 

Zəngin kilsə camaatı üçün çox dəyərli olduğunu vurğulayan Finke, heç kimin qoltuğunun altına 500 kiloluq zəngi sıxa bilməyəcəyini, oğurluğu görənlərin mütləq polisə müraciət etmələrini xahiş edib.

 

Tamamilə tuncdan hazırlanmış, təxminən yarım ton ağırlığında olan zəng 1513-cü ilə aiddir.

 

Tərcümə: Miri Məcidli