TƏCİLİ! 20 mindən artıq məbləğə icazə verilməyəcək
29 Sentyabr 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
362
21.07.2023, 19:10
Qarabağda ən çox işlənən söz "mübarizə"dir. Mübarizə üçün müxtəlif yanaşmalar təklif olunur. Təklif edirəm ki, şüar siyasətindən uzaqlaşaq, mübarizə imitasiyasından əl çəkib əməli sahəyə keçək.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı tör-töküntülərinin keçmiş "təhlükəsizlik şurası katibi" Samvel Babayan Xankəndidəki "müddətsiz aksiya" şousu haqda qeyd edib.
O bildirib ki, "parlamentdəki ikinci qüvvənin lideri" kimi aşağıdakıları təklif edir:
- Xankəndi-Bakı dialoqu vasitəsilə qarşılıqlı etimad mühiti yaratmaq;
- Qarabağda beynəlxalq zəmanətli sülhməramlı mandate almaq üçün BMT-yə müraciət edin;
- Azərbaycanın BMT-yə qəbul olunduğu ərazi üzrə üzvlük məsələsinə baxılması üçün BMT-yə müraciət etmək.
- Qarabağ ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin varisi kimi Rusiya Federasiyasına müraciət edin.
Xatırladaq ki, Samvel Babayan guya Azərbaycana inteqrasiya tərəfdarı kimi çıxış etdiyi üçün separatçı-terrorçular içərisində "satqın" sayılır. Halbuki Babayan hazırkı durumda Bakı ilə danışıqlar yolu ilə hansısa "status" almağa çalışan, guya danışıqlar tərəfdarı kimi çıxış edərək, beynəlxalq müstəvidə Bakıya qarşı rəy yaratmağa çalışan və Rusiyanın maraqlarını qoruyan, əli mülki azərbaycanlıların qanına batmış şəxsdir.
Onun hazırkı "təklifləri" də qəbuledilməzdir. Çünki "Xankəndi-Bakı" deyə bir format ola bilməz, digər tərəfdən, Azərbaycan ərazisində sülhməramlı yerləşdirilməsi üçün bakının razılığı lazımdır, Azərbaycan isə buna heç vaxt razı olmayacaq. Və nəhayət, üçüncüsü, "SSRİ-nin varisi olan" Rusiyanın prosesə müdaxiləsi yolverilməzdir. Münaqişə Ermənistanın Azərbaycana ərazi iddiası və işğalı ilə başlayıb, hazırda isə Ermənistan işğaldan əl çəkib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
15:10 / 29 Sentyabr 2026
33
14:56 / 29 Sentyabr 2026
58
14:40 / 29 Sentyabr 2026
47
14:21 / 29 Sentyabr 2026
102
14:18 / 29 Sentyabr 2026
12
14:15 / 29 Sentyabr 2026
60
14:08 / 29 Sentyabr 2026
74
14:00 / 29 Sentyabr 2026
56
13:58 / 29 Sentyabr 2026
56
13:45 / 29 Sentyabr 2026
172
13:40 / 29 Sentyabr 2026
59
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
250
13:24 / 29 Sentyabr 2026
181
13:22 / 29 Sentyabr 2026
132
13:18 / 29 Sentyabr 2026
66
13:10 / 29 Sentyabr 2026
53
13:04 / 29 Sentyabr 2026
236
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.