Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Çinin Yaponiya dənizində birgə təlimə başladı

Rusiya və Çinin Yaponiya dənizində birgə təlimə başladı

DÜNYA

315

21.07.2023, 17:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya və Çin Hərbi Dəniz Qüvvələri Yaponiya dənizində “Şimal Qarşılıqlı Fəaliyyət-2023” birgə hərbi dəniz təlimini davam etdirir.
 

Oxu24.com xəbər verir ki, Çin Müdafiə Nazirliyinin bəyanatına görə, "Şimal Qarşılıqlı Fəaliyyət-2023" təliminin məqsədi strateji dəniz zolaqlarının təhlükəsizliyini təmin etmək, Çin və Rusiya silahlı qüvvələri arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, regional sülh və sabitliyi birgə qorumaq imkanlarını gücləndirmək və müxtəlif təhlükəsizlik çağırışlarına cavab verməkdir.

 

Çinin ABŞ ilə geostrateji rəqabətinin və regional gərginliyin artdığı bir vaxtda başlayan Rusiya-Ukrayna müharibəsi Pekin administrasiyasını “ümumi düşmən” anlayışı ilə oxşar problemlərlə üzləşən Moskvaya yaxınlaşdırdı.

 

Çin müharibədən sonra Rusiyaya qarşı beynəlxalq sanksiyalarda iştirak etməyib

 

Çin müharibədən sonra Rusiyaya qarşı beynəlxalq sanksiyalarda iştirak etməsə də, ABŞ və Avropa ilə iqtisadi əlaqələrinə xələl gətirməmək üçün sanksiyaların çərçivəsinə böyük ölçüdə əməl etdi.

Digər tərəfdən, sanksiyaların Avropa ilə Rusiya arasında mübadilələri məhdudlaşdırması ilə istiqaməti dəyişən ticarətdən Pekin də faydalanıb və müharibədən sonra iki ölkə arasında ticarət həcminin xüsusilə enerji sahəsində artdığı müşahidə edilib.

 

ABŞ və Avropa Çinə müharibədə Rusiyaya silah dəstəyi verməməsi ilə bağlı xəbərdarlıq edərkən, Pekin birbaşa silah satmasa da, Moskva ilə hərbi əməkdaşlığı, o cümlədən birgə hərbi təlimlər keçirməyə davam etdi.
 

 

Tərcümə: Miri Məcidli