Qaynar xətt:

(+99450) 247 90 86

Böyük Britaniya Oleq Tinkova qarşı sanksiyaları ləğv edib

Böyük Britaniya Oleq Tinkova qarşı sanksiyaları ləğv edib

DÜNYA

339

20.07.2023, 18:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniya rusiyalı iş adamı Oleq Tinkovu sanksiyalar siyahısından çıxarıb.

 

Oxu24.com xəbər verir  ki,Bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə deyilir.

 

Bildirilir ki, indi Tinkov “artıq aktivlərin müsadirəsi və trast xidmətlərinin göstərilməsinə qadağa qoyulması ilə bağlı sanksiyalara məruz qalmır”.

 

Londonun bu qərarının səbəbləri açıqlanmır.

 

İş adamı 2022-ci ilin martında sanksiya siyahısına daxil edilib. Sonra Böyük Britaniya onun Böyük Britaniyadakı aktivlərini dondurdu və ölkəyə girişini qadağan etdi. Daha sonra məhdudiyyətlər genişləndirildi.

2022-ci ilin oktyabrında Oleq Tinkov sosial şəbəkələrdə Rusiya vətəndaşlığından imtina etdiyini bildirən bir yazı dərc etdi.

 

Tərcümə:Miri Məcidli