Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92837
az

Ukrayna ordusu ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb

17:0220 İyul, 2023
133
  • A
“Ukrayna Silahlı Qüvvələri ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb”. Oxu24.com-un xəbərinə görə, bunu “Vaşinqton Post” yazıb. Nəşrin məlumatına görə, sursat Ukraynanın cənub-şərqində Rusiya qoşunlarının yaxşı möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün istifadə edilib. Ukrayna rəsmiləri nəticələrin ciddi olduğunu bildiriblər. Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb. Ukrayna ordusunun generalı Oleksandr Tarnavski iyulun 13-də deyib ki, Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb. Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti kökündən dəyişə bilər. BMT-nin Ukrayna üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Saviano Abreu kasetli bombaların mülki əhali üçün təhlükəli olmasının sübuta yetirildiyini deyib. Kasetli bombaları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər. Xatırladaq ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. 123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun "Sevgililər günü" FOTOsu
Amerikalılar Qəzzada fələstinliləri yoxlayırlar
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB


Oyun zamanı pişik nə etdi? - FOTO

18+

Deputat turisti zorladı
Bakıda faciə: Hamilə qadın əri ilə öldü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Soğanla prostatı belə müalicə etmək olar - KİŞİLƏR OXUSUN
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var