Türkiyədə böyük əməliyyat:172 nəfər həbs edilib
29 Sentyabr 2026, 16:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
262
20.07.2023, 16:39
Pakistanın Hayber-Paxtunxva əyalətində hökumət binası yaxınlığında törədilən partlayış nəticəsində bir polis ölüb, 8 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, əyalətin Xeybər bölgəsindəki Bara Bazar rayonundakı rayon administrasiyası kompleksi yaxınlığında bombalı hücum həyata keçirilib. Hücum nəticəsində 1 polis həyatını itirib, 8 nəfər yaralanıb.
Səlahiyyətlilər partlayışın təsiri ilə uçan divarın altında bəzi insanların qaldığını və bu insanların yaralı olaraq xilas edildiyini qeyd edib.
Son 24 saatda Hayber Paxtunxvada baş verən hücumlarda 3 polis həlak olub.
Ötən gecə Pişəvərdə polis əməkdaşlarına qarşı silahlı hücum nəticəsində 2 polis həlak olub. İyulun 18-də Pişəvərin Həyatabad bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus avtomobilin yaxınlığında intiharçı hücumu həyata keçirilib və 7-si təhlükəsizlik qüvvələri olmaqla 10 nəfər yaralanıb.
2023-cü ilin ilk 6 ayında terror hücumları 79 faiz artıb
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk 6 ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb.
İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib.
Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir, Əfqanıstan bunu rədd edir.
Tərcümə: Nigar
16:19 / 29 Sentyabr 2026
1
16:14 / 29 Sentyabr 2026
8
16:05 / 29 Sentyabr 2026
28
15:54 / 29 Sentyabr 2026
42
15:44 / 29 Sentyabr 2026
206
15:41 / 29 Sentyabr 2026
53
15:10 / 29 Sentyabr 2026
58
14:56 / 29 Sentyabr 2026
72
14:40 / 29 Sentyabr 2026
53
14:21 / 29 Sentyabr 2026
136
14:18 / 29 Sentyabr 2026
44
14:15 / 29 Sentyabr 2026
69
14:08 / 29 Sentyabr 2026
107
14:00 / 29 Sentyabr 2026
63
13:58 / 29 Sentyabr 2026
64
13:45 / 29 Sentyabr 2026
198
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
52
13:25 / 29 Sentyabr 2026
295
13:24 / 29 Sentyabr 2026
206
13:22 / 29 Sentyabr 2026
154
13:18 / 29 Sentyabr 2026
67
13:10 / 29 Sentyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.