Qaynar xətt:

(+99450) 247 90 86

Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

DÜNYA

289

20.07.2023, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Google-un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.

Oxu24.com xəbər verir  ki, mövzuya yaxın mənbələrə əsaslanan The New York Times xəbərinə görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan The New York Times, The Washington Post və The Wall Street Journal-ın sahibi olan News Corp-un rəhbərlərinə təqdim edilib.

Bildirilib ki, Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Google hesab edir ki, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.

Sözügedən təqdimatda iştirak edən bəzi rəhbər şəxslər “Yaradılış”ı “narahat edici” tapıb və “dəqiq xəbərlərin yazılması üçün bəzi vacib məqamların nəzərdən qaçırıldığını” bildiriblər.

Google sözçüsü Jenn Crider, "Genesis, jurnalistlərin hekayələrin yazılması və yoxlanılmasında əsas rolunu əvəz etmək üçün nəzərdə tutulmayıb" deyib.

Nyu York Şəhər Universitetinin professoru. Google-un yeni texnologiyasının potensial müsbət və mənfi cəhətləri olduğunu qeyd edən Jeff Jarvis, "Əgər bu texnologiya faktiki məlumatları etibarlı şəkildə təqdim edə bilirsə, jurnalistlər ondan istifadə etməlidirlər" deyib.

Jarvis bəzi xəbərlərin jurnalistlərdən və xəbər təşkilatlarından nüanslı və mədəni anlayışa malik olmasını tələb etdiyinə diqqət çəkərək, bu texnologiyadan istifadənin xəbər təşkilatlarının etibarlılığına xələl gətirə biləcəyinə diqqət çəkib.

Dünyadakı xəbər təşkilatları öz xəbər otaqlarında süni intellekt texnologiyalarından istifadə edib-etməmək barədə müzakirələr aparır.

Associated Press (AP) uzun müddətdir ki, korporativ hesabatlar kimi mövzularda reportaj hazırlamaq üçün süni intellektdən istifadə etsə də, agentlik həmçinin xəbər arxivini süni intellekt modeli Chat GPT ilə paylaşacağını açıqlayıb.

Digər tərəfdən, NBC News və The Times kimi xəbər təşkilatları süni intellektin onların məlumatlarını icazəsiz qeyd etməsinə reaksiya verdi.

 

Tərcümə: Nigar