Qaynar xətt:

(+99450) 247 90 86

İranlı general: İran və Azərbaycanın sərhəd məsələlərində heç bir problemi yoxdur

İranlı general: İran və Azərbaycanın sərhəd məsələlərində heç bir problemi yoxdur

DÜNYA

328

20.07.2023, 14:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri sərhəddəki vəziyyəti yoxladıqdan sonra bildirib ki, İran və Azərbaycanın sərhəd məsələlərində heç bir problemi yoxdur.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə İRNA məlumat yayıb.

 

“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir və sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”, - İran Baş Qərargahının rəhbəri bildirib.

Bagheri iddia edir ki, "bu səfər sadəcə olaraq hər il ölkə sərhədlərində baş verən təsadüfi bir səfərdir".

Xatırladaq ki, Məhəmməd Baqiri ərəfəsində Azərbaycanla sərhədə gələrək qoşunların hazırlığını yoxlayıb. İranın rəsmi mətbuatının verdiyi məlumata görə, Baqeri Azərbaycanla Poldəşt sərhəd-keçid məntəqəsində və Araz çayının sahilində olub. Onu İran ordusunun yüksək rütbəli komandirləri müşayiət edirdi.

Baqiri və həmkarları Azərbaycanla sərhəddə yerləşən sərhəd naryadlarının və hərbi hissələrin vəziyyəti ilə tanış olublar. Baqirinin sözlərinə görə, səfərin məqsədi İran və Azərbaycan sərhədində müdafiəni yoxlamaq olub. General-mayor Əbdülrəhim Musəvi də öz növbəsində qoşunların maksimum döyüş hazırlığı vəziyyətində olduğunu bildirib.

 

Tərcümə: Miri Məcidli