Zelenski Ukraynanın paytaxtı Kiyevdə İrlandiyanın baş naziri Leo Varadkarla görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Oxu24.com xəbər verir ki, Zelenski buradakı çıxışında müharibədən qaçan 86 min ukraynalıya sığınacaq verdiyinə görə İrlandiya xalqına təşəkkür edib.
Görüşdə dünən axşam Rusiyanın Ukraynaya hücumları ilə bağlı məlumat verdiyini deyən Zelenski, "Dünyada sülh istəyən hər bir ölkənin Rusiya terrorunu açıq və birmənalı şəkildə pisləməsi və bu təcavüzün aradan qaldırılması üçün birgə səy göstərməsi son dərəcə vacibdir" deyib.
Zelenski bildirib ki, onlar təhlükəsizlik və siyasi qarşılıqlı fəaliyyət məsələlərini, habelə Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiədə gücləndirə biləcək birgə addımları müzakirə ediblər.
Zelenski İrlandiyanın Ukraynaya 170 milyon avrodan çox dəstək verdiyini və bu ölkənin də minalardan təmizləmə prosesində fəal iştirak etdiyini bildirib.
“Biz birlikdə mümkün olan hər şeyi etməliyik”
“Rusiyanın yeni böhranlar törətmək, aclıq və qeyri-sabitlikdən silah kimi istifadə etmək cəhdlərinə baxmayaraq, qlobal ərzaq bazarının sabit qalmasını təmin etmək üçün birlikdə mümkün olan hər şeyi etməliyik”, - deyə Zelenski bildirib.
“BMT-nin baş katibi çox dəqiq işləməsə, bu dəhliz təhlükəsiz olmayacaq”.
Qara dəniz taxıl dəhlizinin təhlükəsiz olması lazım olduğuna işarə edən Zelenski, "Rusiyanı bildiyim qədər bu dəhliz BMT baş katibi səviyyəsində çox dəqiq və qətiyyətlə işləməyə başlamasa, təhlükəsiz olmayacaq. Praktik işə ehtiyacımız var" deyib.
Ukraynanın Türkiyə ilə müxtəlif səviyyələrdə işlədiyini deyən Zelenski, "Türkiyə prezidenti ilə bu dəhlizdə necə hərəkət edəcəyimizi, təhlükəsizliyi necə təmin edəcəyimizi danışa bilərik. Burada müxtəlif ölçülər var. Fərdi məsələni gündəmə gətirdik. Bunları təkcə Türkiyə ilə deyil, digər tərəfdaşlarımızla da müzakirə etmək lazımdır. Mən bu məsələni müzakirə edəcəyəm”.
Taxıl təşəbbüsünü davam etdirmək üçün Ukrayna ordusundan təhlükəsizlik vəziyyəti ilə bağlı cavab gözlədiyini bildirən Zelenski, "BMT, Türkiyə və əsgərlər deyə bilər ki, heç kim 100 faiz zəmanət vermir. Lakin bu çox asan mövqedir.Ukrayna üçün bu, dəstəkləməyə hazır olduğumuz mövqe deyil, çünki işləmək üçün bizə dəhliz lazımdır: “Bizim buna tam hüququmuz var”.
İrlandiyanın Baş naziri Varadkar, İrlandiyanın lazım olduğu müddətcə Ukraynaya kömək edəcəyini ifadə edərək, "Ukrayna qalib gələcək, yenidən qurulacaq. Məqsədlərini reallaşdırmaq və sülh planını həyata keçirmək üçün Ukraynaya əməli və diplomatik yardım edəcəyik" deyib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR