Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan ölkəsinə 50 milyardlıq müqavilə gətirdi

Ərdoğan ölkəsinə 50 milyardlıq müqavilə gətirdi

DÜNYA

276

19.07.2023, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə ilə BƏƏ arasında 50,7 milyard dollarlıq razılaşma var.

 

 

Oxu24.com xəbər  verir  ki, Rabitə Müdirliyinin açıqlamasına görə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalanaraq qəbul edilib.

 

Sövdələşmələrin ümumi məbləği 50,7 milyard dollardır.

 

Bu çərçivədə tərəflər Türkiyə prezidenti və BƏƏ prezidentinin sədrlik edəcəyi “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılığa gəliblər.

 

Sözügedən Birgə Sazişlə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.


Enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi qərara alınıb.

 

Tərcümə: Miri Məcidli