Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92783
az

Putin: Əgər bütün şərtlər yerinə yetirilərsə, biz dərhal razılaşmaya qayıdacağıq

22:3219 İyul, 2023
99
DÜNYA
  • A

Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Qara dəniz taxıl dəhlizi sazişini dəyərləndirib.

 

 

Oxu24.com xəbər  verir  ki, Rusiya prezidenti Vladimir Putin, taxıl müqaviləsinin indiki formada davam etdirilməsinin Rusiya üçün mənasız hala düşdüyünü söyləyərək, “Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə, dərhal bu razılaşmaya qayıdacayıq” deyib.

 

Rusiyanın Qərb ölkələrinin “qürurlu” yanaşmasına baxmayaraq, müqaviləni dəfələrlə uzatdığını ifadə edən Putin, “Xarici həmkarlarımızın razılaşdırılmış və təsdiq edilmiş şərtlərə tam əməl etməyə başlayacağını gözləyirdik, lakin bu baş vermədi” deyib.

 

Müqavilənin ləğv edilməsində Qərb ölkələrinin məsuliyyət daşıdığını deyən Putin, "Bu razılaşmanın uğursuzluğuna görə Rusiyanın məsuliyyət daşıdığı iddia edilir. Üstəlik, Afrikanın bəzi ölkələrində bir zamanlar qarət edilən fəlakətlərə görə də Rusiya məsuliyyət daşıyır. Qərb və müharibələr, aclıq və yoxsulluq uçurumuna itələdi. Onlar neokolonial sistem çərçivəsində bu dövlətləri talan etməyə davam edirlər”.

 

Putin taxıl müqaviləsinin başlanğıcda humanitar əhəmiyyət daşıdığını, lakin Qərb ölkələrinin bu elementi tamamilə məhv etdiyini bildirib.

 

Rusiyanın yoxsul ölkələrə pulsuz gübrə çatdırma cəhdinin Qərb ölkələri tərəfindən əngəlləndiyini bildirən Putin, "Müqavilə indiki halında mənasını itirdi" deyib.

Rusiyanın razılaşmanın davam etdirilməsi üçün müxtəlif şərtləri olduğuna diqqət çəkən Putin, "Qida və gübrə tədarükü xidmətləri göstərən Rusiya bankları və maliyyə qurumlarının qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır.

Bura onların SWIFT beynəlxalq bank ödəniş sisteminə qoşulması da daxildir. Biz bunu edirik. Bu mövzuda heç bir sözə və ya fikrə ehtiyac yoxdur. Bu şərtlərin yerinə yetirilməsinə ehtiyacımız var" deyib.

Rusiya taxıl məhsullarının beynəlxalq bazarlara daşınması və kənd təsərrüfatı alətləri və avadanlıqlarının Rusiyaya daşınması qarşısındakı maneələrin aradan qaldırılması lazım olduğunu vurğulayan Putin, Rusiya gəmilərinin sığorta məsələsinin də həll edilməli olduğunu bildirib.

Müqavilədəki "insan elementi"nin də bərpa edilməli olduğunu vurğulayan Putin, "Nəhayət, Rusiyanın razılaşmaya qayıtmasının əsas şərti müqavilənin humanitar mahiyyətinin bərpasıdır. Əgər əvvəllər razılaşdığımız bütün bu şərtlər yerinə yetirilsə. qarşılansa, dərhal bu razılaşmaya qayıdacayıq”.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
Şoyqu Şimal Hərbi Dairəsinin fərqlənən iştirakçılarına medallar təqdim edib
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil