Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ əsgəri Cənubi Koreyadan Şimali Koreyaya keçib

ABŞ əsgəri Cənubi Koreyadan Şimali Koreyaya keçib

DÜNYA

373

18.07.2023, 22:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pentaqon ABŞ hərbçilərinin Cənubi Koreyadan KXDR-ə köçdüyünü təsdiqləyib

ABŞ hərbçiləri Cənubi Koreyadan demarkasiya xəttini icazəsiz keçib və KXDR-də nəzarətə götürülüb.

Oxu24.com xəbər  verir  ki,bu barədə daha əvvəl mediada yer alan məlumatı ABŞ Müdafiə Nazirliyi təsdiqləyib.

"Amerika hərbçiləri Birgə Təhlükəsizlik Zonasında tanışlıq turu çərçivəsində özbaşına demarkasiya xəttini KXDR-ə keçiblər. Hesab edirik ki, o, hazırda KXDR-də həbsdədir", - deyə ABŞ komandanlığının sözçüsü polkovnik İsaak Teylor bildirib. 

Onun sözlərinə görə, ABŞ indi insidenti həll etmək üçün Şimali Koreya ordusu ilə əlaqə saxlayır.

“Reuters” agentliyinin məlumatına görə, qırıcının intizam tədbiri görülməsi üçün ABŞ-a aparılacağı planlaşdırılırdı. CBS bildirib  ki, söhbət sıravi  əsgər Travis Kingdən gedir.

 

Tərcümə: Miri Məcidli