Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya İngiltərəyə cavab verib

Rusiya İngiltərəyə cavab verib

DÜNYA

264

18.07.2023, 21:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın yeni sanksiyaları Moskvanın siyasətinə təsir etməyəcək.

 

Oxu24.com xəbər verir ki, Bunu Böyük Britaniyanın yeni məhdudiyyətlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

“Biz Londonun açıq düşmənçilik hərəkətlərini başqa şeylərlə yanaşı, açıq riyakarlığın yeni təzahürləri kimi qiymətləndiririk”, - deyə Zaxarova bildirib.

 

O, hesab edir ki, Böyük Britaniya uşaqlara "yalançı" qayğı nümayiş etdirərək, "Ukraynanı ölümcül silah sistemləri ilə təchiz etməkdə davam edir. Londonun "sanksiya sarsıntıları" XİN nümayəndəsinin əmin etdiyi kimi, Rusiyanın kursuna təsir etməyəcək.

 

“Xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrinə tam şəkildə nail olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb.

 

Mayın 19-da Böyük Britaniya Rusiya ilə əlaqəsi olan 86 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısı əsasən Ukrayna taxılı ilə əlaqəli olduğu iddia edilənlərə aiddir və məhdudiyyətlər həm də Rusiya Federasiyasının qabaqcıl hərbi texnologiyalarına və “qalan gəlir mənbələrinə” qarşı yönəlib.

 

İyulun 17-də Böyük Britaniya məhdudiyyətlər siyahısına 14 yeni maddə əlavə etməklə Rusiyaya qarşı sanksiyalar paketini genişləndirib.

 

Tərcümə: Miri Məcidli