Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Suriya ilə münasibətlərdən danışıb

Ərdoğan Suriya ilə münasibətlərdən danışıb

DÜNYA

274

17.07.2023, 14:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

 

Oxu24.com xəbər  verir  ki,  Prezident Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı açıqlama verib.

 

"Suriya ilə qapını bağlamaq kimi bir vəziyyətimiz yoxdur. Qapı açıqdır, bu dördlü zirvələrlə bağlı, biz də bu dördlü sammitləri keçirməliyik, Bəşər Əsədlə görüş nöqtəsində bağlı deyilik. Görüşənədək, hər şey onların bizə yanaşma tərzi ilə bağlıdır. Hazırda Suriyadakı Əsəd təəssüf ki, Türkiyənin Suriyanın şimalından çıxmasını istəyir. Belə bir şey ola bilməz. Çünki biz orada terrorla mübarizə aparırıq. Biz öz sərhədlərimizdə terrorçularla mübarizə aparırıq. Demək istədiyim odur ki, sərhədlərimizdə bu terrorçularla necə çıxa bilərik? Oradan daim təhdid altında olan bir Türkiyə var.",-deyə Ərdoğan bildirib.

 

Tərcümə: Nigar