Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri terrorun sponsoru kimi tanınıb

Qazaxıstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri terrorun sponsoru kimi tanınıb

DÜNYA

291

17.07.2023, 21:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin 18 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq sədri Kərim Məsimov terrorizm və ekstremizmin maliyyələşdirilməsində iştirak edən şəxslər siyahısına salınıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə bazar ertəsi, iyulun 17-də Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Bundan başqa, Məsimovun keçmiş müavinləri Anuar Sadıkulov və Daulet Yerqojin də bu siyahıya daxil edilib.


Fiziki şəxsin terrorizmin və ekstremizmin maliyyələşdirilməsi ilə əlaqəli təşkilatların və şəxslərin siyahısına daxil edilməsi üçün əsas Qazaxıstan məhkəməsinin şəxsin ekstremist və (və ya) terrorçuluq törətməkdə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş hökmüdür. 

 

2023-cü il aprelin 24-də Astana məhkəməsi Kərim Məsimovu dövlətə xəyanətdə, hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə, səlahiyyət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.

O, əmlakı müsadirə olunmaqla və ömürlük dövlət qulluğunda vəzifə tutma hüququndan məhrum edilməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İyun ayında apellyasiya məhkəməsi Kərim Məsimovun həbs müddətini dəyişməyib.

 

Tərcümə: Miri Məcidli