Qaynar xətt:

(+99450) 247 90 86

Bağça müəlliməsi edam edildi - DƏHŞƏT SAÇAN SƏBƏB - FOTO

Bağça müəlliməsi edam edildi - DƏHŞƏT SAÇAN SƏBƏB - FOTO

DÜNYA

542

15.07.2023, 10:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin Henan əyalətində uşaq bağçasının keçmiş müəlliməsi edam edilib. O, himayəsində olan 25 uşağı natrium nitritlə zəhərləməkdə təqsirli bilinib.

OXU24.COM  oxu.az-a istinadən bildirir ki, Bir neçə il öncə Tszyaotszo şəhərində uşaq bağçalarının birində kütləvi qida zəhərlənməsi qeydə alınıb. Sonradan polis bağçada müəllimə olan Van Yunun uşaqların sıyığına natrium nitrit qatdığını müəyyən edib.

Nəticədə 25 uşaq zəhərlənib, onlardan biri isə 10 aylıq müalicədən sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müəllimə həmkarı ilə münaqişə zəminində sıyığa zəhərli maddə qatıb.

İstintaq zamanı məlum olub ki, 2017-ci ildə qadın eyni şəkildə ərini zəhərləyib - onunla dava edəndən sonra içkisinə natrium nitrit qatıb.