Qaynar xətt:

(+99450) 247 90 86

Qocalar evində yanğın: Ölənlər var

Qocalar evində yanğın: Ölənlər var

DÜNYA

411

07.07.2023, 14:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliyada qocalar evində baş verən yanğında 6 nəfər ölüb

 

 

Oxu24.com xəbər  verir  ki,İtaliyanın Milan şəhərində qocalar evində gecə saatlarında baş verən yanğında 6 nəfərin öldüyü bildirilib.

 

İtaliya Yanğınsöndürmə Qrupunun  Twitter hesabında paylaşılan yazıda Milanın Cinquecento küçəsindəki qocalar evində gecə saat 01.20-də baş verən yanğında 6 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın həyatını itirdiyi bildirilib. zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

 

Bildirilib ki, yanğına müdaxilə edən yanğınsöndürənlər onlarla insanı xilas ediblər.

 

Bildirilib ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

 

Xəstəxanalara çatdırılan 16 nəfərin vəziyyəti ağırdır

 

İtaliya mətbuatında yer alan xəbərdə Milanın cənubundakı qocalar evində baş verən yanğında zəhərlənən 81 nəfərin ətrafdakı xəstəxanalara aparıldığı, onlardan 16-nın vəziyyətinin ağır, 65-inin isə həyati olmadığı bildirilib. 

Hadisə zamanı həyatını itirənlərdən 5-nin qadın, birinin isə kişi qocalar evi sakini olduğu bildirilib.

 

Milan bələdiyyəsinə məxsus və kooperativin idarə etdiyi 210 çarpayılıq qocalar evində xəstəxana xidmətinə ehtiyacı olmayan, lakin özünü təmin edə bilməyən ahılların qaldığı, 167 nəfərin isə xəstəxanada olduğu paylaşılıb.

 

Tərcümə:Aynurə Məcidova