Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Türkiyədən İsveçin NATO-ya daxil olmasına razılıq verməsini tələb edir

ABŞ Türkiyədən İsveçin NATO-ya daxil olmasına razılıq verməsini tələb edir

DÜNYA

290

06.07.2023, 12:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb və Türkiyəni İsveçin NATO-ya daxil olmasına dərhal razılıq verməyə çağırıb.

 

Oxu24.com xəbər  verir  ki,Dövlət Departamentinin mətbuat xidmətindən  bildirilib ki, "Nazir Blinken belə bir kritik anda NATO birliyinin vacibliyini vurğulayıb  və Türkiyəni İsveçin NATO alyansına daxil olmasına dərhal dəstək verməyə çağırıb.

 

"ABŞ və Türkiyənin çoxdankı və yaxın ikitərəfli müdafiə əlaqələri var və Türkiyənin NATO çərçivəsində qarşılıqlı fəaliyyət qabiliyyətini saxlamaq prioritet olaraq qalır", - mətbuat xidməti bildirib.

 

Tərcümə: Miri Məcidli