Qaynar xətt:

(+99450) 247 90 86

Fransa Qviana ərazisinin 90 faizini mənimsəyib

Fransa Qviana ərazisinin 90 faizini mənimsəyib

DÜNYA

458

06.07.2023, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa Qviana ərazisinin 90 faizini mənimsəyib, ölkənin təbii sərvətləri talan edilib.

 

Oxu24.com xəbər verir  ki, bunu   Fransa Qvianasının sosial azadlıq və müstəmləkəsizləşdirilməsi hərəkatının üzvü Moris Pindar “Müstəmləkəçiliyin tamamilə məhv edilməsinə doğru” adlı tədbirdə deyib.

 

Onun sözlərinə görə, ölkə müstəmləkə şəraitində yaşayır:

 

“Ölkəmizdə işsizlik 30 faizdir. Bizim məmurlarımızı da Fransa hökuməti təyin edir”.

 

Pindar təşkilatın fəaliyyətindən, Fransa Qvianasının müstəqilliyi və azadlığı uğrunda apardığı mübarizədən, hərəkatın məqsədlərindən danışıb.

 

O, həmçinin bildirib ki, Sosial Azadlıq və Fransız Qvianasının Dekolonizasiyası Hərəkatı Qoşulmama Hərəkatının müşahidəçisi statusu üçün müraciət edəcək.

 

Tərcümə: Miri Məcidli