Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynaya qadağan edilmiş silah verilə bilər

Ukraynaya qadağan edilmiş silah verilə bilər

DÜNYA

644

06.07.2023, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həftə ərzində ABŞ hakimiyyəti Ukraynaya kaset sursatlarının tədarükünə razılıq verilməsi ilə bağlı qərar qəbul edə bilər.

Regionxeberlericom.az CBS telekanalına istinadən verdiyi məlumata görə, bu məsələnin müzakirəsi əks-hücum fonunda Ukraynanın mərmi ehtiyacını ödəmək məqsədi daşıyır.

Fakt budur ki, kaset sursatlarının məhvetmə sahəsi adi silahlardan beş dəfə çoxdur.

Eyni zamanda kasetli sursatlar bir sıra ölkələrin ratifikasiya etdiyi beynəlxalq konvensiya ilə qadağandır. ABŞ və Ukrayna onların arasında yer almır.