Netanyahu onlarla gizli görüşüb?- DETALLAR
29 Sentyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
373
05.07.2023, 18:34
İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər. Belə ki, planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir. Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.
2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28”, perihelidə isə maksimal - 32'32” olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış gündönümündə Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.
21:26 / 29 Sentyabr 2026
1
20:56 / 29 Sentyabr 2026
76
20:53 / 29 Sentyabr 2026
56
20:48 / 29 Sentyabr 2026
127
20:46 / 29 Sentyabr 2026
49
20:38 / 29 Sentyabr 2026
55
20:33 / 29 Sentyabr 2026
60
20:27 / 29 Sentyabr 2026
57
20:25 / 29 Sentyabr 2026
55
20:23 / 29 Sentyabr 2026
48
20:14 / 29 Sentyabr 2026
46
20:09 / 29 Sentyabr 2026
53
19:52 / 29 Sentyabr 2026
56
19:49 / 29 Sentyabr 2026
62
19:37 / 29 Sentyabr 2026
182
19:35 / 29 Sentyabr 2026
58
19:27 / 29 Sentyabr 2026
67
19:22 / 29 Sentyabr 2026
57
19:10 / 29 Sentyabr 2026
71
19:06 / 29 Sentyabr 2026
72
18:59 / 29 Sentyabr 2026
129
18:58 / 29 Sentyabr 2026
59
18:51 / 29 Sentyabr 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.