Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92181
az

Bu ölkədə məktəbdə telefon qadağan edildi

10:2705 İyul, 2023
108
DÜNYA
  • A

Hollandiyada orta və liseylərdə cib telefonları qadağan ediləcək.

 

 

Oxu24.com xəbər verir ki,Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi orta və liseylərdə sinif otaqlarında mobil telefon, planşet və smart saatların qadağan edilməsinə qərar verdiyini açıqlayıb.


Hollandiyada hökumət tərəfindən edilən yazılı açıqlamada nazirliyin təhsil sektorundakı qurumlarla birgə qəbul etdiyi qərara uyğun olaraq orta və liseylərdə sinif otaqlarında cib telefonlarının qadağan ediləcəyi bildirilib.

 

Açıqlamada, qərarın telefondan istifadənin tələbələrin diqqətini yayındırdığı və öyrənmə bacarıqlarını zəiflətdiyi əsas götürülərək verildiyi, ağıllı saat və planşetlərin də qadağaların əhatə dairəsinə daxil olduğu bildirilib.

 

Təhsil naziri Robbert Dijkgraaf açıqlamasında, "Telefonlar həyatımızın hər sahəsinə təsir etsə də, sinifdə olmamalıdır. Şagirdlərin diqqətini toplamaq və yaxşı öyrənmək üçün hər cür imkanları olmalıdır. Araşdırmalar cib telefonlarının bunun qarşısını aldığını göstərir. Biz bunu etməliyik.”,-deyə bildirib.

"Artıq TikTok videolarına baxmaq, sinif yoldaşına mesaj yazmaq və ya Snapchat-da snap paylaşmaq yoxdur." 

Tətbiq 2024-cü il yanvarın 1-dən başlayacaq

Açıqlamada telefon qadağası qərarının icrasının məktəb rəhbərliyinə, müəllimlərə, valideynlərə və şagirdlərə həvalə edildiyi bildirilib və telefonun siniflərdə tamamilə qadağan oluna biləcəyi və ya istifadəsinə icazə verilə biləcəyi bildirilib. 

Açıqlamada, 2024-cü il yanvarın 1-dən başlayacaq tətbiqin 2023-2024-cü tədris dövrünün sonunda arzu olunan uğuru əldə etməməsi halında, lazım gələrsə, hüquqi tənzimləmə halına gətirilə biləcəyinə diqqət çəkilib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi