Qaynar xətt:

(+99450) 247 90 86

Kəndlilərə hücum edildi: Xeyli sayda ölən var

Kəndlilərə hücum edildi: Xeyli sayda ölən var

DÜNYA

310

04.07.2023, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərkəzi Afrika Respublikasının (OAC) qərb hissəsindəki Nana-Mambere əyalətində üsyançıların hücumu nəticəsində 6 nəfər həlak olub.

Oxu24.com xəbər  verir  ki,Milli KİV-in məlumatına görə, Dəyişiklik naminə Vətənpərvərlər Koalisiyası (CPC) adlı üsyançı qrupun üzvləri Nana-Mamberenin Ndiba-Molle kəndinə hücum ediblər.

Hücumda 2 mülki vətəndaş və 4 əsgər həyatını itirib.

OAC-də 20-dən çox silahlı qrup var, ordunun müdaxiləsinə baxmayaraq toqquşmalar davam edir.

CPC damı altında toplaşan üsyançı qruplar 2020-ci ilin dekabrında paytaxt Banquini ələ keçirmək üçün əməliyyata başladılar, lakin bu, uğursuz oldu.

2013-cü ildən bəri ölkədə davam edən zorakılıqlarda əksəriyyəti müsəlman olan minlərlə insan həlak olub.

 

Tərcümə: Nigar